Qəzza ilə bağlı ABŞ planı 60 günlük atəşkəsi və 10 girovun azad edilməsini nəzərdə tutur

Qəzza ilə bağlı ABŞ planı 60 günlük atəşkəsi və 10 girovun azad edilməsini nəzərdə tutur
DÜNYA
19:10 29.05.2025
395
İsrail və HƏMAS arasında Qəzza zolağındakı böhranın həlli üçün ABŞ-nin hazırladığı yeni plan 60 günlük atəşkəsi və anklavda 10 girovun azad edilməsini nəzərdə tutur.

Bu barədə "The Times of Israel” mənbəyə istinadən xəbər verir.

"İsrail rəsmisinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təqdim etdiyi yeni təklif 60 günlük atəşkəs müqabilində Qəzzada girov saxlanılan 10 nəfərin azad edilməsini və həlak olmuş 18 girovun meyitlərinin qaytarılmasını nəzərdə tutur", - nəşr yazır.

Bu plana əsasən, BMT-nin fələstinlilərə humanitar yardım göndərməsinin bərpası da nəzərdə tutulur.

Eyni zamanda, mənbə qeyd edib ki, sənədin mətnində "İsrailin müharibəni bitirmək vədi yer almır".

Daha əvvəl "The Jerusalem Post” nəşri xəbər vermişdi ki, HƏMAS Uitkoffla Qəzza zolağında atəşkəsin şərtləri barədə razılığa gəlib və İsrail tərəfinin cavabını gözləyir.
 
///report
OXŞAR XƏBƏRLƏR