Qəzzada 17 min uşaq valideynlərdən biri və ya hər ikisi olmadan yaşayır

Qəzzada 17 min uşaq valideynlərdən biri və ya hər ikisi olmadan yaşayır
DÜNYA
12:05 09.02.2024
148
Qəzzadakı Fələstin hökuməti Qəzza zolağında təxminən 17 min fələstinli uşağın valideynlərindən birini və ya hər ikisini itirdiyi üçün tək yaşadığını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzada hökumətin Media İdarəsinin baş direktoru İsmayıl əs-Savabite Qəzzanın mərkəzi hissəsindəki Şuheda əl-Əqsa xəstəxanasında mətbuat konfransı keçirib.

Mətbuat konfransında danışan Sevabite deyib: "Soyqırım müharibəsinin başladığı gündən bu yana Qəzza zolağında 17 minə yaxın fələstinli uşaq ailəsiz yaşayır. Bu uşaqların ailələrindən bəziləri şəhid olub və ya həbs edilib, bəziləri isə valideynlərini itirib”.

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 12150 uşaq, 8300 qadın, 340 tibb işçisi, 46 mülki müdafiə işçisi və 123 jurnalistin öldüyünü bildirən Sevabite hökumət ofisinin təxminən 7 min insanın hələ də sağ qaldığını sənədləşdirdiyini söyləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR