İsrail bazar günü Qəzza zolağının əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhəri ərazilərində humanitar məqsədlərlə yerli vaxtla saat 10:00-dan 20:00-a qədər taktiki fasilələrə başladığını elan edib. Lakin bu fasilələrə baxmayaraq, bazar gününün səhər saatlarından etibarən İsrail qüvvələrinin Qəzzaya endirdiyi hücumlar nəticəsində azı 53 fələstinli həlak olub.
Bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzzada apardığı əməliyyatlar nəticəsində indiyədək 59,733 nəfər həlak olub, 144,477 nəfər yaralanıb.
///Apa