Qəzzada 530 min uşaq poliomielit əleyhinə peyvənd edildi

DÜNYA
12:20 12.09.2024
95
Qəzzada başladılan poliomielit peyvəndi kampaniyasında təxminən 530 min uşağın peyvənd edildiyi açıqlanıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) məlumat yayıb.
 
UNRWA tərəfindən verilən açıqlamada bildirilib:
 
"Bütün çətinliklərə baxmayaraq, səhiyyə işçilərimizin fədakarlığı sayəsində Qəzzanın şimalında poliomielit peyvəndi kampaniyası davam edir. İndiyə qədər Qəzza zolağı boyunca təxminən 530 min uşaq peyvənd olunub. Bununla belə, biz 10 yaşından kiçik bütün uşaqlara çatmaq üçün gecə-gündüz işləməyə davam edirik".

Oksana

OXŞAR XƏBƏRLƏR