Birləşmiş Millətlər Təşkilatı son 10 gündə İsrailin hücumları nəticəsində Qəzza zolağında 700 mindən çox insanın evlərini tərk edərək köç etdiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Qəzzada minlərlə insanı didərgin salıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) son 10 gündə İsrailin hücumları altında Qəzza zolağında baş verənləri açıqlayıb.
Qəzzanın cənubunda 600 min fələstinlinin, şimalda isə 100 mindən çox fələstinlinin, aralarında uşaq, qoca və əlillərin də olduğu, İsrailin hücumları və təxliyə xəbərdarlığı səbəbiylə evlərindən didərgin düşdüyü diqqətə çatdırılıb.
"İsrail qüvvələri məcburi köçkünləri riskə atmağı dayandırmalı və bunun əvəzinə, mümkünsə, onların əsas ehtiyaclarını ödəməli, humanitar yardımın və digər həyati ehtiyacların daxil olmasını və paylanmasını asanlaşdırmalıdır”, - bəyanatda deyilir.
Ayşən