Qəzzada 75 jurnalist həlak olub

Qəzzada 75 jurnalist həlak olub
DÜNYA
11:00 07.12.2023
128
Fələstin Jurnalistlər Birliyi İsrailin Qəzza zolağına 2 ayda təşkil etdiyi hücumlarda 75 jurnalistin öldüyünü açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzaya təşkil etdiyi hücumlar səbəbiylə atılan bombalar nəticəsində minlərlə mülki vətəndaş və media işçisi həyatını itirib.

Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan, nəzarətə alınan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.

Məlumata görə, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın mətbuat mənsubunun yaralandığı bildirilir. Həmçinin 2 jurnalistin itkin düşdüyü bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR