Qəzzada acından ölənlərin sayı 273-ə çatıb

Qəzzada acından ölənlərin sayı 273-ə çatıb
DÜNYA
22:31 22.08.2025
207
İsrailin hücumları və blokadaları nəticəsində acından əziyyət çəkən Qəzza zolağında son 24 saat ərzində daha iki fələstinli qadının acından öldüyü və ölənlərin sayının 273-ə çatdığı bildirilir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qəzza idarəsinin rəhbəri Munir əl-Burş açıqlayıb.

O, Qəzzada 7 oktyabr 2023-cü ildən bəri acından ölənlərin sayının 273-ə çatdığını, onlardan 112-sinin uşaqlar olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR