Qəzzada atəşkəs dalana dirənib: Netanyahu xalqdan üzr istədi, HƏMAS isə gözdağı verdi

DÜNYA
11:01 03.09.2024
120
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada ölü tapılan altı girov üçün israillilərdən üzr istəyərkən, HƏMAS da atəşkəslə bağlı onlara xəbərdarlıq edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, HƏMAS atəşkəs əldə olunmazsa, daha çox girov "kəfənlə ailələrinə təhvil verilə bilər" deyə İsrailə gözdağı verib.
 
Atəşkəs danışıqları isə yenidən dalana dirənib.
 
Netanyahu altı girovun ölməsi ilə bağlı əvvəlcə onların ailələrinə başsağlığı verib, daha sonra ölkəsinin bu qətliamı diqqətdən kənarda qoymayacağını bəyan edib, o cümlədən HƏMAS-ın ölümlərə görə ağır bədəl ödəyəcəyini bildirib.

Netanyahu həmçinin Nazirlər Kabinetinin iclasında 42 gün və ya 42 il sonra Filadelfiya dəhlizindən geri çəkilməyəcəklərini də deyib.
  
Bir çoxları iddia edir ki, Netanyahu sağ qalmasını ön planda tutaraq atəşkəs sazişinə mane olur.

Mikayıl
OXŞAR XƏBƏRLƏR