İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində uşaq bağçaları və mülki evləri hədəfə aldığı qırğınlarda əksəriyyəti qadın və uşaq olan 35 fələstinli həyatını itirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.
İsrail ordusu Qəzzanın şimalında Cibaliya qəsəbəsində Əzzam ailəsinin evini və uşaq bağçasını bombalayıb.
İsrailin hücumu nəticəsində 7-si qadın və uşaq olmaqla 10 fələstinli həlak olub.
İsrail ordusu Qəzzanın mərkəzindəki Bureyc Qaçqınlar Düşərgəsindəki evi hədəf alaraq dəhşətli qətliam törədib.
İsrailin "əl-Kərinavi” ailəsinin evini bombalaması nəticəsində ən azı 19 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
Qəzzanın cənubundakı Xan Yunis qəsəbəsində İsrailə məxsus pilotsuz təyyarənin bir qrup fələstinlini hədəf alması nəticəsində bir fələstinli kişi və hamilə arvadı həlak olub.
Oksana