İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində daha bir jurnalist həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı Es-Səftavi bölgəsində fələstinli jurnalist Məhəmməd Baluşenin evinə hücum edib.
Hücum zamanı "Fələstin əl-Yevm” kanalının müxbiri Baluşenin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.
Xatırladaq ki, oktyabrın 7-də başlayan münaqişədə Qəzzadan həyata keçirilən hücumlar nəticəsində 299-u əsgər olmaqla 1400 israilli ölüb, 3968 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 2778 fələstinlinin həyatını itirdiyini, 10 mindən çox insanın isə yaralandığını açıqlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 13-ə yüksəlib.
Mikayıl