İsrailin Qəzzaya hücumları 200 gündür davam edərkən, yeni ortaya çıxan peyk fotoşəkilləri Qəzzanın cənubundakı Xan Yunisdə yeni çadır qəsəbəsinin tikildiyini göstərir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yerləşən Planet Labs PBC şirkəti tərəfindən təqdim edilən və Associated Press tərəfindən təhlil edilən peyk fotoşəkillərinə görə, İsrail ordusunun dəfələrlə hədəfə aldığı Xan Yunisin qərbində çadır qəsəbəsinin tikintisinə aprelin 16-da başlanılıb.
Aprelin 21-də peykdən çəkilmiş fotoda çadır məskəninin böyüdüyü görünür.
İsrail ordusu sözügedən çadır qəsəbəsinin tikintisi ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu 4 aylıq torpaq işğalından sonra aprelin 7-də Xan Yunisdən geri çəkilib.
Çıxarılandan sonra şəhərdə kütləvi məzarlıqlar tapılmağa, evlərin dağıntıları və yol kənarlarından meyitlər toplanmağa başlanıb.
Mikayıl