İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin ümumi sayı 54 min 677-yə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, son 24 saat ərzində 70 nəfər həyatını itirib. Onlardan 3-nün əvvəlki hücumlar zamanı həlak olduğu, lakin cəsədlərinə yeni çatıldığı bildirilib. Eyni dövrdə 189 fələstinlinin yaralandığı qeyd olunub. Bildirilib ki, dağıntılar altında və yollar üzərində hələ də meyitlər var, lakin onlara təcili yardım və mülki müdafiə qüvvələri çatmaqda çətinlik çəkir.
Son məlumatlara əsasən, İsrailin 18 martda birtərəfli qaydada atəşkəsi pozmasından bu yana ölənlərin sayı 4 min 402-yə, yaralananların sayı isə 13 min 489-a çatıb.
Ümumilikdə, İsrail ordusunun Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bu günə qədər 54 min 677 nəfər həlak olub, 125 min 530 nəfər isə yaralanıb.
Oksana