Qəzzada internet və rabitə xətləri yenidən kəsildi

Qəzzada internet və rabitə xətləri yenidən kəsildi
DÜNYA
11:35 06.11.2023
132
İsrailin hücumlarının intensivləşdiyi Qəzzada rabitə və internetin yenidən kəsildiyi açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayaraq Qəzzanı tam mühasirəyə aldığını açıqlayıb.

Fələstin telekommunikasiya şirkəti PalTeldən verilən açıqlamada "İsrail tərəfindən yenidən rabitə və telekommunikasiya sistemləri kəsilib" - deyə bildirilib.

Rəqəmsal hüquqlar, kibertəhlükəsizlik və internet idarəçiliyi ilə bağlı məlumat toplayan qlobal internet monitorinq şirkəti Netblocks da Qəzza zolağında rabitə və internetin kəsildiyini açıqlayıb.
 
Hücumlarda Qəzza zolağının ən böyük xəstəxanası olan Şifa xəstəxanası, həmçinin yaşayış məntəqələri, yollar, şəhərin liman ərazisi və Qəzzanın şimal-qərbindən cənub-qərbinə qədər müxtəlif yerlər hədəf alınıb.
  
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da məsələ ilə bağlı danışıb:
 
"Qəzzada rabitə xətlərinin yenidən kəsilməsi və güclü bombardmanlarla bağlı xəbər bizi dərindən narahat edir. Rabitə xətlərində əlaqə olmadıqda, təcili tibbi yardıma ehtiyacı olan insanlar xəstəxanalara və təcili yardım maşınlarına çata bilmirlər".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR