Qəzzada HƏMAS ilə şiddətli toqquşmalar yaşayan İsrail ordusu ötən gün çoxlu əsgərini itirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada 3 ayda 25 mindən çox insanı qətlə yetirən İsrail ordusu HƏMAS ilə qarşıdurmada müharibədə ən çox əsgər itkisini verib.
Qəzzanın cənubunda baş verən qarşıdurmalar zamanı bir binanı mühasirəyə alan İsrail əsgərləri çökən binanın altında qalıb. HƏMAS yaraqlıları tərəfindən RPQ ilə atəş açan İsrail əsgərlərinin ehtiyat ordu birliyində xidmət etdiyi bildirilib.
Ordu sözçüsü Daniel Hagari hadisə zamanı ehtiyatda olan 21 əsgərin öldüyünü açıqlayıb.
İsrail mediası adları açıqlanan əsgərlərin HƏMAS ilə toqquşmalarda minalardan istifadə edərək binaların dağıdılmasına görə məsuliyyət daşıdığını bildirib.
HƏMAS-ın atdığı raketin minaya düşməsi nəticəsində binanın əsgərlərin üzərinə çökdüyü təxmin edilir.
Hadisədən sonra dərhal əraziyə gedən İsrail qrupları yaralı əsgərləri xilas etməyə çalışıb.
İsrail prezidenti İsaak Hersoq da Qəzza zolağında 21 İsrail əsgərinin öldürülməsinə görə bu səhərin onlar üçün "dözülməz dərəcədə çətin olduğunu” bildirib.
İsrailin Qəzzada sürətlə artan hərbi itkiləri və məhbusların vəziyyəti müharibə əleyhinə hərəkatı gücləndirir və ölkədə atəşkəs tələb edir.
Mikayıl