Qəzzada itkilər artır: Ölənlərin sayı 72 mini keçdi

Qəzzada itkilər artır: Ölənlərin sayı 72 mini keçdi
DÜNYA
13:47 26.03.2026
236
Qəzza zolağında 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumlar nəticəsində ölənlərin sayı 72.267-yə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, son 24 saat ərzində baş verən hücumlar zamanı 2 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.

Məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra da hücumlar davam edib. Bu müddət ərzində 691 nəfər ölüb, 1876 nəfər yaralanıb, həmçinin dağıntılar altından 756 cəsəd çıxarılıb.

Ümumilikdə isə 2023-cü ilin oktyabr ayından bu günə qədər yaralananların sayı 171.976 nəfərə çatıb.

Bildirilib ki, Qəzza zolağında hələ də minlərlə insanın cəsədi dağıntılar altında qalmaqdadır.
OXŞAR XƏBƏRLƏR