İsrailin sıx hücumlar təşkil etdiyi və Qəzza zolağında ölən və yaralananların təxliyə edilə bilmədiyi açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, İsrailin hücumları altında olan Beyt Lahiyadakı xəstəxanada vəziyyət acınacaqlı həddə çatıb.
Mənbələr, İsrailin hücumlarını davam etdirdiyi xəstəxana qarşısında həyatını itirən fələstinlilərin və yaralıların cəsədlərinin təxliyə oluna bilməyəcəyini bildirib.
Mənbələr, İsrailin bomba yüklü robotlardan istifadə edərək xəstəxana binasına böyük ziyan vurduğunu, "Quadcopter" tipli pilotsuz təyyarələrin bölgədə davamlı olaraq hərəkət etdiyini bildirib.
Mənbələr həmçinin İsrail hərbi maşınlarının xəstəxanaya çox yaxınlaşdığını, top mərmiləri ilə hücuma keçdiyini, güclü atəş açdığını və ərazidə heç kimin hərəkətinə imkan vermədiyini bildirib.
Gülay