İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 58 nəfər artaraq 62 774 nəfərə çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 58 nəfər ölüb, 308 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da razılaşdırılan atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun 18 martdan bu yana Qəzzada başlatdığı hücumlarda 10 min 900 fələstinlinin həlak olduğu, 46 min 218 fələstinlinin isə yaralandığı bildirilib.
Son 24 saatda Qəzzada humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 28 fələstinlinin öldüyü, 184 nəfərin yaralandığı bildirilib.
Gülay