İsrailin Qəzza zolağına oktyabrın 7-də başlayan hücumlarında ölənlərin sayı 38 min 243-ə, yaralıların sayı isə 88 min 33-ə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəəbər verir ki, İsrail 277 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 38 min 243-ə, yaralıların sayının isə 88 min 33-ə yüksəldiyi qeyd edilib.
Oksana