Qəzzada ölənlərin sayı 40 minə çatır

Qəzzada ölənlərin sayı 40 minə çatır
DÜNYA
16:57 22.07.2024
133
İsrailin 290 gündür hücumlarını həyata keçirdiyi Qəzzada ölənlərin sayı 39 mini keçib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
 
Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 23 fələstinlinin həyatını itirdiyi, 91 nəfərin yaralandığı bildirilib. 

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 6-ya, yaralıların sayı isə 89 min 818-ə yüksəlib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR