İsrailin qırğınını davam etdirdiyi Qəzzada can itkisi 42 min 718-ə yüksəlib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyindən açıqlama verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi 7 qırğında 115 nəfərin öldüyü, 487 nəfərin yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 42 min 718-ə, yaralıların sayı isə 100 min 282-yə yüksəlib.
Açıqlamada, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.
Qeyd edək ki, İsrail 382 gündür Qəzza zolağında hücumlar həyata keçirir.
Oksana