Qəzzada ölənlərin sayı 44 min 875-ə yüksəldi

DÜNYA
16:23 13.12.2024
129
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 40 nəfər artaraq 44 min 875-ə çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
 
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qırğında 40 nəfərin həyatını itirdiyi, 98 nəfərin isə yaralandığı bildirilib.
 
Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 875-ə, yaralıların sayı isə 106 min 454-ə yüksəlib.
 
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR