Qəzzada ölənlərin sayı 44 mini keçdi

DÜNYA
15:23 06.12.2024
171
İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi 44 min 612-ə, yaralı sayı isə 105 min 834-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Verilən açıqlamada Qəzza zolağında son 24 saatda həyata keçirilən 3 hücumda 32 fələstinlinin həyatını itirdiyi, 95 fələstinlinin isə yaralandığı bildirilib.
 
Qeyd edək ki, Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayının 44 min 612-yə, yaralıların sayının isə 105 min 834-ə yüksəlib.

Oksana

OXŞAR XƏBƏRLƏR