Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
DÜNYA
15:35 02.06.2025
354
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 54 min 470-ə çatıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Açıqlamada yaralıların sayının 124 min 693-ə yüksəldiyi qeyd olunub.
 
Qəzza zolağında son 24 saat ərzində 52 mülki vətəndaşın cəsədinin və 503 yaralının xəstəxanalara gətirildiyi və cəsədlərdən birinin İsrailin əvvəlki hücumlarında dağıntılar altında ölən fələstinli mülki şəxslərə aid olduğu bildirilib.
 
Nazirlik həmçinin İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 4201 fələstinlinin öldürüldüyünü, 12652 fələstinlinin isə yaralandığını açıqlayıb.

Açıqlamada, ümumi itkilərin 54 min 470, yaralıların sayının isə 124 min 693-ə yüksəldiyi bildirilib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR