Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
DÜNYA
15:39 06.08.2025
224
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı artmaqda davam edir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Son məlumata görə, indiyədək hücumlar nəticəsində 61 min 158 nəfər həyatını itirib, 151 min 442 nəfər isə yaralanıb.

Nazirlik həmçinin son 24 saat ərzində baş verən humanitar fəlakətə də diqqət çəkib. Bildirilib ki, yardım almağa çalışarkən 87 nəfər həlak olub, 570 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Beləliklə, yardım almağa çalışarkən həyatını itirənlərin ümumi sayı 1655-ə, yaralananların sayı isə 11 min 800-ə çatıb.

Bundan əlavə, aclıq və qidalanma çatışmazlığı səbəbilə son bir sutka ərzində Qəzzadakı xəstəxanalarda 5 nəfər həyatını itirib. Aclıqdan ölənlərin ümumi sayı 193 nəfərə yüksəlib. Onlardan 96-sı uşaqlardır.

Hazırda bölgədə humanitar vəziyyət son dərəcə ağır olaraq qiymətləndirilir. Beynəlxalq ictimaiyyət isə mülki əhalinin qorunması və təcili humanitar yardımın təmin olunması üçün təzyiqləri artırmaqda davam edir.

Oksana


Ask ChatGPT

OXŞAR XƏBƏRLƏR