İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 36171-ə, yaralananların sayı isə 81420-yə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzada 236 gündür davam edən hücumlarda can itkisi artır.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində dinc əhaliyə qarşı 6 hücum təşkil etdiyi, 75 nəfərin həyatını itirdiyi, 284 nəfərin yaralandığı bildirilib.
Ayşən