İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı baartıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 48 nəfər ölüb, 142 nəfər yaralanıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 2507 fələstinlinin həyatını itirdiyi, 6711 nəfərin isə yaralandığı bildirilib.
Nəticədə Qəzza zolağına təşkil edilən hücumlarda həyatını itirənlərin sayının 52 min 615-ə, yaralı sayının isə 118 min 752-yə yüksəlib.
Gülay