Fələstinin Səhiyyə Nazirliyi İsrail ordusunun köçkün fələstinlilərin qaldığı düşərgəyə hücumu nəticəsində ölən və yaralananları yerləşdirmək üçün Rəfah şəhərində xəstəxananın olmadığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, "Rəfəh şəhərində bu sayda ölü və yaralı qəbul edə biləcək xəstəxana olmadığı üçün təcili yardım qrupları ölü və yaralıları daşımaqda çətinlik çəkir" ifadəsi yer alıb.
Fövqəladə Rifah Komitəsindən verilən açıqlamada, İsrail ordusunun daha əvvəl "təhlükəsiz" adlandırdığı bölgədə məcburi köçkün fələstinlilərin çadırlarını bombaladığı bildirilib.
Gülay