Qəzzada sutəmizləyici qurğular bağlandı, insanlar susuz qaldı

Qəzzada sutəmizləyici qurğular bağlandı, insanlar susuz qaldı
DÜNYA
12:55 05.06.2024
109
Qəzzada su təmizləyici qurğular yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə UNRWA-dan (BMT-nin Fələstindəki agentliyi) açıqlama verilib. 

Yeni fəlakətdən xəbər verən bu hadisədən sonra insanların suya çıxışı qeyri-mümkün olub.

Agentliyin hadisəylə əlaqədar verdiyi bəyanatda deyilir:
 
"Qəzzada yanacaq demək olar ki, olmadığı üçün kritik duzsuzlaşdırma obyektləri bağlanıb. İnsanların demək olar ki, kifayət qədər suyu yoxdur. Ailələr və uşaqlar su üçün istidə uzun məsafələri piyada gəzirlər. İnsanların yaşaması üçün suya ehtiyacı var”.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR