Qəzzada dərinləşən yanacaq problemi xəstələri və yaralıları ölüm riski ilə üz-üzə qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təcili yardım maşınlarının xidmətdən kənar olmaq üzrə olduğu bildirilib.
Qəzza Səhiyyə Nazirliyi bölgədəki yanacaq böhranı ilə bağlı xəbərdarlıq edib.
Açıqlamada bildirilib ki, xəstələr və yaralılar ölüm riski altındadır.
Dərmanların saxlandığı soyuducuların və oksigen çənini işlədən generatorun işlək vəziyyətdə saxlanması üçün lazım olan yanacaq çatışmazlığı səbəbindən dərmanların xarab olmaq təhlükəsi ilə üzləşdiyi də vurğulanıb.
Ayşən