Qəzzadakı atəşkəsdən sonra ciddi pozuntular qeydə alınmayıb

DÜNYA
18:30 28.01.2025
137
Qəza sektorundakı atəşkəs vasitəçiləri - Qətər, Misir və ABŞ - yanvarın 19-dan atəşkəs rejiminin qüvvəyə mindiyi andan etibarən ciddi pozuntular qeydə almayıblar.

Bunu Qətər Baş nazirinin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə deyib.

"Bu vaxta qədər eskalasiyaya və ya razılaşmaların pozulmasına səbəb ola biləcək ciddi atəşkəs pozuntuları olmayıb", - o bildirib.

Qeyd edək ki, yanvarın 19-da İsrail hökuməti HƏMAS ilə atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.
 
///report

OXŞAR XƏBƏRLƏR