İsrailin səhvən vurduğu altı girovun meyiti ölkəyə gətirildi

DÜNYA
12:33 20.08.2024
128
İsrail ordusu 6 girovun meyitini Qəzzadan çıxarıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordudan açıqlama verilib.
 
Belə ki, Qəzzanın cənubundakı Xan Yunus bölgəsində daxili təhlükəsizlik təşkilatı Şin Bet ilə birgə həyata keçirilən əməliyyatda girovların cəsədlərinin tapıldığı bildirilib.

İsrail mediası iki nəfərin gecə boyu davam edən daha geniş hərbi girovların xilasetmə əməliyyatının bir hissəsi olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 7-də girov götürülən 110 nəfər hələ də Qəzzada saxlanılır.

Girovlardan bəziləri İsrailin bombardmanları nəticəsində həyatını itirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR