Qəzzalı qız Ərdoğana sevgisini belə bildirdi - Fotolar

Qəzzalı qız Ərdoğana sevgisini belə bildirdi - Fotolar
DÜNYA
09:42 12.03.2025
185
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Fələstindən olan ailələrlə birgə iftar məclisində iştirak edib.

Bu barədə Ərdoğan "X” hesabında paylaşım edib. 

Tədbirə əsasən Qəzza zolağından olan ailələr qatılıb.

Türkiyə lideri Beştepe Millet Sergi Salonunda təşkil edilən iftar zamanı çıxış edib və qəzzalılara dəstəyini bir daha vurğulayıb. 

Tədbir zamanı qəzzalı uşaqların Ərdoğanın ətrafına toplaşması, onunla foto çəkdirməsi fotoqrafların obyektivindən yayınmayıb.

Burada kiçik qəzzalı qızın Türkiyə prezidentinə sevgisini ifadə etdiyi anlar böyük maraqla qarşılanıb. Belə ki, Ərdoğanın alnından öpən qızın fotosu Türkiyə mediasında və sosial şəbəkələrdə geniş paylaşılıb.
 

 

 

 

 

///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR