Qəzzalı uşaqları "düşmən” adlandıran ifrat sağçı israilli siyasətçi Simça Rotmanın Avstraliyaya girişinə icazə verilməyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ifrat sağçı Dini Sionizm Partiyasının İsrailli deputatı Simça Rotman "həmrəylik turu” çərçivəsində Sidney və Melburnda iki tədbirdə iştirak etməli imiş. Lakin siyasətçinin ölkəyə girişinə icazə verilməyib.
Avstraliyanın daxili işlər naziri Tony Burke Rothmanın viza müraciətinin rədd edildiyini təsdiqləyib və siyasətçinin 3 il müddətinə viza müraciətinə qadağayulacağını bildirib.
Gülay