İsraildəki Metula qəsəbəsinin meneceri David Azoulai qəzzalıların kütləvi surətdə deportasiya edilməsini və Qəzzanın Auşvitsə bənzər muzeyə çevrilməsini istəyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin şimalındakı Metula qəsəbəsinin meneceri David Azoulai Qəzzadakı bütün fələstinlilərin Livandakı qaçqın düşərgələrinə deportasiya edilməsini və Qəzzanın Auşvitsə bənzər bir muzeyə çevrilməsini təklif edib.
Azoulai açıqlamasında deyib: "Qəzzada olan hər kəsə deyin ki, sahilyanı bölgələrə getsinlər. Hərbi Dəniz Qüvvələrinin gəmiləri terrorçuları Livan sahillərinə atmalıdır. Auşvits kimi bütün Qəzza zolağı boşaldılmalı və yerlə yeksan edilməlidir. Qəzza xaraba qoyulmalıdır ki, gələcəyi göstərən bir muzey rolunu oynaya bilsin”.
Ayşən