İsrail qurudan və havadan intensiv hücumlar təşkil etsə də, xalqı davamlı olaraq cənuba getməyə çağırsa da, Qəzza və Şimali Qəzza əyalətlərində hələ də 807 min nəfər yaşayır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Mərkəzi Statistika İnstitutundan verilən açıqlamada təxminən 400 min insanın Qəzza zolağının mərkəzi və cənub hissəsindəki əyalətlərə köç etdiyi bildirilib.
Açıqlamada oktyabrın 7-dən əvvəl 1,2 milyon insanın yaşadığı Qəzza və Şimali Qəzza əyalətlərində hələ də 807 min fələstinlinin yaşadığı təxmin edildiyi qeyd edilib.
Açıqlamada vurğulanıb ki, bu rəqəm şimal əyalətlərində yaşayan əhalinin təxminən üçdə ikisinin hələ də burada məskunlaşdığını və yalnız üçdə birinin cənuba köç etdiyini göstərir.
Bildirilib ki, bu vilayətlərdə fələstinlilər daha çox Ümmü Nəsr, Bədəvi kəndi, Beyt Lahiya, Beyt Hanun, Cibəliyyə və Əş-Şati qaçqın düşərgələri, Qəzza və Əz-Zəhra şəhərləri, Əl-Miqraqa və Cuhr əl-Dikdə cəmləşiblər.
Ayşən