"Tibbi resurslar sürətlə tükənir"
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) Qəzzanın şimalında xəstələrə müalicə verə biləcək yalnız "Əl-Əhli" Ərəb (Baptist Xəstəxanası) xəstəxanasının olduğunu və resurslarının sürətlə tükəndiyini açıqlayıb.
Təşkilatın yaydığı açıqlamada xəstəxananın 500-dən çox xəstəni qəbul etdiyi bildirilib: "Şimali Qəzzada xəstəxanalardan yalnız biri hələ də minimum səviyyədə işləyir. Ərazidəı olan digər xəstəxanalar ətrafdakı bombardmanlar və qarşıdurmalar nəticəsində elektrik enerjisi, tibbi ləvazimat, oksigen, qida və su çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Qəzza şəhərindəki xəstəxana hazırda 500-dən çox xəstəni qəbul edir. Lakin o da çətinliklərlə üzləşir".
Qeyd edək ki, "Əl-Əhli" Ərəb Xəstəxanası oktyabrın 17-də raket hücumuna məruz qalıb.
Gülay