İsrail mediası ordunun qurudan Qəzzaya girməyə hazırlaşdığını yazıb.
AZXEBER.COM xəbər verir ki, digər tərəfdən, İsrailin Qəzzada 1,1 milyon mülki vətəndaşın evlərini tərk edərək bölgənin cənubuna köçməsini istədiyi bildirilib.
İsrail mediası qeyd edib ki, İsraildə təhlükəsizlik qüvvələri blokadada olan Qəzza zolağına qarşı quru əməliyyatı keçirməyə hazırlaşır.
İsrailin "Kanal 14” televiziyasının internet saytında yer alan xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin Qəzza zolağına qurudan girməyə hazırlaşdığı, lakin siyasi səviyyədə təsdiq gözlədiyi bildirilib.
Xəbərdə "Quru əməliyyatı təsdiqlənərsə, İsrail qüvvələri orada (Qəzzada) daha bir neçə ay qalmağa hazırdır” və "Ordunun hazırkı mərhələdə açıq məqsədi Qəzza zolağının tərksilah edilməsidir” kimi dəyərləndirilib.
Ayşən