Qəzzaya havadan yardım atıldı

Qəzzaya havadan yardım atıldı
DÜNYA
21:53 27.07.2025
113
İordaniya Kral Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Qəzzaya 25 ton ərzaq yardımı və zəruri ləvazimat çatdırıb. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki,  missiyaya iki İordaniya C-130 təyyarəsi və bir BƏƏ təyyarəsi cəlb edilib və onlar yükü Qəzza zolağında bir neçə əraziyə atıblar.

Bununla Qəzzada müharibə başlayandan bəri İordaniya tərəfindən havadan atılan yardımın ümumi sayını 127-yə çatıb. 

Bundan əvvəl İsrail Qəzzanın ən çox məskunlaşdığı üç bölgədə humanitar yardımın çatdırılmasına icazə verən "taktiki fasilə” elan etmişdi.
OXŞAR XƏBƏRLƏR