QHT sədri rus deputata səsləndi: “Niyə səsiniz çıxmır?”

QHT sədri rus deputata səsləndi: “Niyə səsiniz çıxmır?”
SİYASƏT
23:49 07.03.2022
770
Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Bu yanaşma haqlı narazılığa səbəb olub.

AZXEBER.COM xəbər verir ki, İnterpress.az xəbər portalının baş redaktoru, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili bununla narazılığını sosial şəbəkə səhifəsində ifadə edib.

QHT sədri bununla bağlı Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri, rus əsilli Mixail Zabelinə çağırış edib.

Baş redaktor müraciətində rus əsilli deputata onun sevimli Rusiyasının Qarabağda bəslədiyi separatçı rejimini "Dağlıq Qarabağ Respublikası” adlandıraraq, erməni separatçılarının adından Ukraynadakı rus əsgərlərinə yardım göndərdiyini xatırladıb.

"Sizə sual verirəm: niyə səsiniz çıxmır? Ukrayna-Rusiya muharibəsi başlayan gündən Rusiyanın haqsız mövqeyini qorumaq üçün canfəşanlıq edirsiniz. Ancaq Milli Məclisinin deputatı olduğunuz ölkənin milli maraqları naminə bir kəlmə belə danışmırsınız. Məncə, indi düşünmək və qərar vermək zamanıdır yoldaş Zabelin. Sonra gec ola bilər” – T.Allahverdili əlavə edib.

Daha sonra deputat M.Zabelin jurnalistin statusuna rus dilində münasibət bildirməsi digər media və QHT nümayəndələrinin sərt reaksiyasına səbəb olub. Buna görə də deputatın rəyi narazılıqla qarşılanıb.

T.Allahverdili deputata Azərbaycanda yaşayan rusların ölkəmizin bərarhüquqlu vətəndaşları olduğunu xatırladıb. Onların arasına Vətən uğrunda şəhid olan qardaşlarımızın da olduğunu vurğulayıb.

"Arzu olunandır ki, siz də rus icmasını təmsil edən bir deputat kimi Azərbaycanın milli maraqlarının müdafiəsində aktiv olasınız” – baş redaktor deputata çağırış edib.

M.Zabelin isə Azərbaycan dilində danışa bildiyini iddia etsə də, bir cümlədə açıq aşkar neçə-neçə orfoqrafik, qrammatik və leksik səhvlərə yol verdiyi müşahidə olunub. Jurnalistlər isə deputatı Azərbaycan dilini bildiyi halda bu dildə niyə danışmadığına görə ittiham ediblər.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qəbuledilməz olduğu barədə açıqlama yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Daha Azərbaycan MN Rusiya tərəfinə çağırış edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
22:34 08.10.2026
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
22:30 08.10.2026
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
22:25 08.10.2026
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
22:19 08.10.2026
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
22:15 08.10.2026
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
21:29 08.10.2026
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
21:23 08.10.2026
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
21:15 08.10.2026
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
21:12 08.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb