QHT sədri vətəndaşlara çağırış etdi

QHT sədri vətəndaşlara çağırış etdi
SOSİAL
20:47 31.08.2026
69
QHT sədri talassemiyalı uşaqlar üçün vətəndaşlara çağırış etdi
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov qarşıdan gələn yeni tədris ili ilə əlaqədar vətəndaşlara çağırış edib.

Assosiasiya sədrinin sözlərinə görə, talassemiyadan əziyyət çəkən uşaqlar arasında bu il ilk dəfə məktəbə gedəcək uşaqlar da olacaq.

Fuad Əsgərov qeyd edib ki, talassemiyalı pasiyentlər mütəmadi olaraq qan köçürülməsinə ehtiyac duyurlar:

"Bildiyiniz kimi, talassemiyalı pasiyentlərə ayda iki dəfə qan köçürülür. İsti yay aylarında yaşanan qan qıtlığı onların sağlamlığını ciddi problemlərlə üz-üzə qoydu. Onların təhsilə başlayacağı ilk günlərin qayğısız keçməsi hər birimizin xoş arzusu olmalıdır”.

QHT sədri vətəndaşları Respublika Qan Bankına müraciət edərək talassemiyalı pasiyentlər üçün könüllü qan verməyə çağırıb.

"Bu müraciətimə həssas yanaşmalarını xahiş edirəm. Uşaqlara ağrısız günlər bəxş edək, onların qayğılarına şərik olaq”, – deyə Fuad Əsgərov bildirib.
OXŞAR XƏBƏRLƏR