QHT.az saytının 10 yaşı tamam olur – FOTO

QHT.az saytının 10 yaşı tamam olur – FOTO
SOSİAL
12:28 11.07.2025
530
QHT.az saytının fəaliyyətə başlamasından 10 il ötür. 2015-ci ildə yaradılan sayt qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaq məqsədilə ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərir.
 
"QHT.az-ın əsas məqsədi QHT-lərin fəaliyyətini cəmiyyətə daha dolğun və əlçatan şəkildə təqdim etmək, ictimai sektorda baş verən proseslərdə QHT sədrlərinin və nümayəndələrinin fikirlərinə tribuna yaratmaqdan ibarətdir. Sayt heç bir qurumun mövqeyini ifadə etmir, tam müstəqil internet portalı olaraq fəaliyyət göstərir. Əsas tərəfdaşlarımız isə elə qeyri-hökumət təşkilatlarının özləridir,” – bu fikirləri saytın baş redaktoru Cəsarət Hüseynzadə bildirib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan QHT.az bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yer tutur və geniş oxucu auditoriyasına malikdir.

"QHT.az sosial yönümlü və davamlı bir layihədir. Bu davamlılığın arxasında isə bizimlə çiyin-çiyinə addımlayan QHT-lər dayanır. Onların dəstəyi olmadan bu günə gəlib çıxmaq mümkün olmazdı. Əlbəttə, QHT.az-ı daha çoxfunksiyalı və çoxşaxəli media platformasına çevirmək mümkündür, lakin bunun üçün daha geniş resurslara ehtiyac var. Biz isə məhdud imkanlarla maksimum nəticələr əldə etmişik,” – deyə Cəsarət Hüseynzadə əlavə edib.
O bildirib ki, saytın fəaliyyəti dövründə onlarla yeni yaranan QHT-nin cəmiyyətə tanıdılmasına və fəaliyyətlərinin geniş auditoriyaya çatdırılmasına dəstək verilib:

"Bu gün bir çox QHT-lərin uğurlarını görəndə, onların ilk addımlarında bizimlə birgə yol getdiyini xatırlamaq böyük qürur hissi yaradır. QHT.az sadəcə bir media vasitəsi deyil, həm də həmrəylik və inkişaf mərkəzidir.”
"Bu gün artıq QHT.az ətrafında bir ailə formalaşıb. Onlarla QHT bu platformanı sadəcə xəbər yayım vasitəsi kimi deyil, eyni zamanda öz təşəbbüslərini reallaşdırdıqları bir məkan kimi görür. Bu isə bizim üçün ən böyük uğurdur,” – deyə baş redaktor vurğulayıb.

C.Hüseynzadə qeyd edib ki, QHT.az-ın adının müxtəlif yerlərdə çəkildiyini tez-tez eşidirik. İşimizi bəyənərək dəyərləndirən hər kəsə təşəkkürümüzü bildiririk. 
Qeyd edək ki, QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasının üzvüdür və 18 yanvar 2023-cü il tarixində Medianın İnkişafı Agentliyi tərəfindən media subyekti kimi media reyestrinə daxil edilib. Sayt fəaliyyəti dövründə bir sıra dövlət və qeyri-dövlət qurumları tərəfindən mükafatlandırılıb.
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə eyni zamanda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş bir sıra uğurlu layihələrin müəllifidir.
P.S. Bu 10 il üçün tərəfdaş QHT-lərmizə təşəkkür edirik!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm