Prezident İlham Əliyev "Azərbaycan Respublikasından
Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının
tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 1 aprel tarixli 218 nömrəli fərmanında dəyişikliklər
edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmanın 1-ci hissəsi aşağıdakı
redaksiyada verilir:
"1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən
qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının
keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara
təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın
nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları
sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət
reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa
İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən
vahid səlahiyyətli orqandır.”;
3-cü hissədə "İqtisadiyyat Nazirliyinin” sözləri "Qida
Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilir.
Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.