Qırğızıstan bayrağını dəyişir

Qırğızıstan bayrağını dəyişir
DÜNYA
11:06 20.12.2023
132
Qırğızıstan parlamenti ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib

AZXEBER.COM xəbər verir ki, bu barədə Parlament Assambleyasının mətbuat xidməti məlumat yayıb. 

"Deputatlar "Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə ikinci və üçüncü oxunuşda baxaraq qəbul ediblər”, - deyə məlumatda qeyd olunur.

Təşəbbüsün müəllifləri parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primovdur. Dövlət bayrağının elementinin dəyişdirilməsini prezident Sadır Cəfərov da dəstəkləyib.
Buna qədər Qırğızıstan hökuməti günəbaxanla oxşarlığına görə ölkə bayrağındakı günəş şəklinin dəyişdirilməsi ideyasını dəstəkləyib.
OXŞAR XƏBƏRLƏR