Qırğızıstan Meladze konsertinə icazə vermədi

Qırğızıstan Meladze konsertinə icazə vermədi
MAQAZİN
13:24 15.12.2025
93
Qırğızıstan rusiyalı müğənni Valeri Meladzeyə yubiley turu çərçivəsində konsert verməyə icazə verməyib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənninin media meneceri və prodüseri Pavel Rudçenko məlumat verib.

Onun sözlərinə görə, bu qərar hakimiyyətin Rusiya ilə sabit münasibətləri qorumaq və səhnədə potensial siyasi bəyanatlardan yayınmaq istəyindən irəli gəlib.
 
Meladzenin komandası konsertin keçirilməsi üçün keçmiş MDB ölkələrinin hakimiyyətinə yerli tamaşaçılara hörmətlə yanaşılacağına və çıxışları zamanı siyasi bəyanatların verilməyəcəyinə dair zəmanət məktubları göndərib.

Xatırladaq ki, Meladze Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra 2022-ci ildə Rusiyanı tərk edərək müharibəni tez bir zamanda bitirməyi tələb etmişdi.
 
Aysel

OXŞAR XƏBƏRLƏR