Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib
11:55 07.12.2025
116
Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakı Torobayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabanı ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
 
Report

 

 

 


OXŞAR XƏBƏRLƏR