Almazbek Atambayevi hava limanında Azərbaycanın rəsmi şəxsləri qarşılayıb
Qırğızıstan prezidenti Almazbek Atambayevin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, Qəbələ hava limanında A. Atambayevi Azərbaycanın rəsmi şəxsləri və Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov qarşılayıblar. A. Atambayev Azərbaycana Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 3-cü zirvə toplantısında iştirak etmək üçün gəlib.