Qırğızıstan Prezidenti koreyalı həmkarı ilə əməkdaşlığı müzakirə edəcək

DÜNYA
20:23 04.12.2024
196
Qırğızıstan Prezidenti Sadır Japarov Koreya Respublikasına rəsmi səfərə gedib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

S.Japarov ilə Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Milli Assambleyanın spikeri U Von Şik arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Tərəflər Qırğızıstan-Koreya ikitərəfli əməkdaşlığını və onların inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq xarakterli məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Assambleyanın prezidenti və Qlobal İnkişaf İnstitutunun sədri, BMT-nin keçmiş baş katibi Pan Gi Mun ilə görüş keçiriləcək.

Bundan başqa, Qırğızıstan Prezidenti ilə Koreyanın biznes nümayəndələri arasında görüş təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR