Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək

Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək
SİYASƏT
10:11 10.01.2022
363

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək.

Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.

OXŞAR XƏBƏRLƏR