Qırğızıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO

Qırğızıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO
SİYASƏT
21:43 20.04.2022
634
Qırğız Respublikasının pezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 20-də başa çatıb.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
 

 

 


OXŞAR XƏBƏRLƏR