Qırğızıstan - Tacikistan münaqişəsində yeni mərhələ - Protokol imzalandı

Qırğızıstan - Tacikistan münaqişəsində yeni mərhələ - Protokol imzalandı
DÜNYA
12:21 20.09.2022
364
Qırğızıstan və Tacikistan arasında 100 nəfərin öldüyü münaqişələrdə sülhün təmin edilməsinə yönəlmiş protokol imzalanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanla Tacikistan arasında 100-ə yaxın insanın öldüyü sərhəddə baş verən silahlı qarşıdurmalardan sonra iki ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri arasında sülh və hərbi qüvvələrin çıxarılmasını nəzərdə tutan protokol imzalanıb.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Tasiyev və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saymumin Yatimovun Tacikistanda görüşü olub. 

Görüş zamanı bildirilib ki, Taşiyev münaqişə zamanı Tacikistan tərəfindən saxlanılan 4 qırğız əsgərinin sərbəst buraxılmasını təmin edib və əsgərlərlə birlikdə Qırğızıstanın Batken bölgəsinə qayıdıb.

Qeyd edək ki, sentyabrın 16-da Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhəd qoşunları arasında toqquşma baş verib. Davam edən qarşıdurmada hər iki tərəfdən 100-ə yaxın adam həlak olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR